...

Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyasının fəaliyyətinin dayandırılması administrativ məsələlərin həlli ilə əlaqədardır – təşkilatın icraçı direktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 18:15 (UTC +04:00)
Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyasının fəaliyyətinin dayandırılması administrativ məsələlərin həlli ilə əlaqədardır – təşkilatın icraçı direktoru

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyası sığorta şirkətlərinin onun fəaliyyətinin dayandırılmasına dair rəylərini tam olaraq dəstəkləyir. Bu barədə cümə axşamı Assosiasiyanın icraçı direktoru Qafar Məcidov bildirib.

"Assosiasiyanın fəaliyyətinin müvəqqəti passivliyi həlli yubanan məişət və administrasiya məsələləri ilə əlaqədardır" - deyə Məcidov bildirib.

Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "Pasa Sigorta"nın baş direktoru Nofəl Rzayev cümə axşamı bildirib ki, sığortaçıların aşağı səviyyədə təşkilatçılığı Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyətinin göstəricisidir. Assosiasiya il ərzində gözlənilən konsultativ, maarifçi və vasitəçilik fəaliyyəti həyata keçirməyib.

Məcidov bildirib ki, Assosiasiyanın icraçı direktoru vəzifəsini bu yaxınlarda qəbul edib və hazırda planlaşdırılmış işləri öyrənməklə məşğudur. O, bu vəzifəyə fevral ayında təyin olunub və bu postda Hidayət Abdullayevi əvəz edib.

Məcidovun sözlərinə görə, Assosiasiya hazırda Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransın təşkilati işləri üzərində işləyir. Lakin mayda keçirilməli olan konfransın vaxtı dəyişdiriləcək. "Assosiasiya, həmçinin, sığorta məktəbinin yaradılması üzrə işləri davam etdirir və bunun üçün pedaqoq qəbulu elan olunub" - deyə Məcidov vurğulayıb.

Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyası 2007-ci ilin iyununda yaradılıb. Onun Müşahidəçi Şurasına Azərbaycanın beş sığorta şirkəti (MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azersigorta, Ateshgah) daxildir.

Azərbaycanın sığorta bazarında 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti