...

Azərbaycanın Beynəlxalq Bankı saxta etibarnamə əsasında pul verilməsi haqqında məlumatı inkar edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ " müxbir İ.Xəlilova/Azərbaycan Beynəlxalq Bankı (ABB) saxta etibarnamə əsasında bankın Səbail filialındakı depozit hesabından 514 min manat əmanətin çıxarılması barədə məlumatı inkar edir. Bu günlərdə bəzi KİV-də hüquq-mühafizə orqanlarına istinadən, bu vəsaitin Almaz Quliyevanın hesabından Qədir Ələsgərov tərəfindən çıxarılması haqqında məlumat gedib.

Bankın mətbuat xidmətindən bildiriblər ki, ABB-nin Səbail filialında Quliyevanın adına depozit hesabı açılmayıb.

Bu məbləğ etibarnamə deyil, ödəmə tapşırığı əsasında həyata keçirilib və Azərbaycan Milli Bankının "Nəqd olmayan hesablaşma və pul köçürmələri haqqında" Təlimatının tələblərinə müvafiq olaraq, müştərinin bank hesabına köçürülüb.

Xəbər lenti

Xəbər lenti