...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaLeasing"in emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / " Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaLizinq" ASC-nin faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Komitənin məlumatında bildirilir.

Emissiyanın həcmi 500.000 AZN , istiqrazın nominal dəyəri 1.000 AZN, istiqraz üzrə gəlirlilik 14%, tədavül müddəti isə 1080 gün təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Istiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "AzərInterTreyd" MMC çıxış edir.

Istiqrazlar əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

2005-ci ilin avqustunda "Ataleasing" Azərbaycanın lizinq şirkətləri arasında ilk dəfə olaraq iki il müddətinə istiqraz ilə Bakı Fond Birjasına daxil olub. Bir istiqrazın nominal dəyəri 100 dollar təşkil edib. Ümumilikdə 5 min adlı sənədsiz istiqraz buraxılıb. Ötən ilin sentyabr ayında "Ataleasing" üç il müddətnə ilk dəfə olduğundan daha sərfəli şərtlərlə iki adlı sənədsiz istiqrazların emissiya prospekti buraxıb.

"Ata leasing" şirkəti "Ata Bank"ın törəmə şirkətidir və 2004-cü ildən Azərbaycanın lizinq bazarında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti