...

Dünya Bankı yolların yenidən qurulması üçün Azərbaycana 300 milyon dollar kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / " / Dünya Bankı magistral avtomobil yollarının müasirləşdirilməsi və yenidən qurulması üçün Azərbaycana 300 mln. dollar həcmində kredit ayırıb. Bu barədə bankın məlumatında bildirilir. Kredit 10 illik güzəşt dövrü ilə 40 il müddətinə ayrılıb.

Kredit Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə avtomobil yollarının yenidən qurulmasına istifadə olunacaq.

Əlavə vəsait Azərbaycanı Rusiya və İran ilə bağlayan Ələt-Masallı (İran istiqaməti) və Tağıyev-Sahil (Rusiya itsiqaməti) məntəqələrindəki yolların, həmçinin 200 km-lik yerli əhəmiyyətli yolların müasirləşdirilməsi üçün ayrılacaq.

Xəbər lenti

Xəbər lenti