...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ Trend / Mayın 2-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10302120S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

1 investor tərəfindən təqdim edilən sifarişin nominal üzrə məbləği 4 504 800 manat təşkil edib. Sifariş 94.88% (gəlirlik 11.00%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.88% (gəlirlik 11.00%) orta ölçülmüş qiymət - 94.88% (gəlirlik 11.00%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 504 800 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 28 Oktyabr 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti