Azərbaycan, Bakı, 06 may / Trend / Cari ilin fevral ayında Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv 51 kredit ittifaqı payçılarına ümumilikdə 1 370 931 manat məbləğində 480 kredit verilib. Bu barədə təşkilatın məlumatında bildirilir.
Fevral ayı ərzində AKİA-a daxil olan kredit ittifaqlarının 268 payçısı ilk dəfə olaraq kredit alıblır. Orta kreditin həcmi 2 856 manat təşkil edib.
Yanvar ayında bu kredit ittifaqlarının üzvlərinə 448 943 manat həcmində 5 640 kredit verilib. Kreditlərin verilməsi üçün pul vəsaitləri Dünya Bankının İcra Kredit Agentliyi (İKA), Məcburi köçkünlərin sosial inkaşaf Fondu (Social Fund for Development of IDP), Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində sahibkarlığa yardım Milli Fondu, "Aqrarkredit" qeyri-bank təşkilatı və digər qrumların vasitəsi ilə "Azərbaycanın kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" (Agricultural Development and Credit Project) uyğunlaşma proramı xətti ilə cəlb edilib.
Cari ilin mart ayında AKİA-a üzv kredit ittifaqlarının ümumi nizamnamə kapitalı
4 004 623,7 manat, ehtiyat kapitalı isə 632 103 manat təşkil edib. Kredit ittifaqlarının ümumi kredit portfeli 38 860 920 manat təşkil edib ki, bu da ötən il martın 1-nə alan göstəricilər üzrə 23 066 671 manata bərabər olub.
Aprel ayına olan vəziyyətə görə, Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) ölkədə fəaliyyət göstərən 78 kredit ittifaqından 51-ni özündə birləşdirib.
AKİA-a üzv kredit ittifaqlarının fəal payçılarının ümumi sayı mart ayında 10 323 nəfər təşkil edib. Onlardan 10 055 nəfəri fiziki, 271 nəfəri isə hüquqi şəxslərdir.