Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir S.Ağayeva/ İsrail aqrar sektordakı təcrübəsini Azərbaycana verməyə hazırdır. "İsrail kənd təsərrüfatında, xüsusilə də heyvandarlıq, irriqasiya sistemi sahələrində zəngin təcrübəyə malikdir və biz bu təcrübəni Azərbaycanla paylaşmağa hazırıq", - İsrailin Azərbaycandakı səfiri Artur Lenk çərşənbə axşamı jurnalistlərə bildirib.
Təcrübə mübadiləsi üzrə danışıqları Azərbaycan hökuməti və İsrailin kənd təsərrüfatı naziri Şalom Simxon aparacaq. İsrailli nazir növbəti həftə Bakıya səfər edəcək.
Səfirin sözlərinə görə, nazir Bakıda kənd təsərrüfatı sərgisinin açılışında iştirak edəcək və Azərbaycan tərəfi ilə yeni sahələrdə əməkdaşlığın qurulması imkanlarını müzakirə edəcək.
Aqrar sektorda çalışan İsrail ekspertləri azərbaycanlı həmkarları ilə görüş üçün yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırırlar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]