...

Britaniya ekspertləri avronun qəfil düşəcəyinə inanmırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə konsaltinq şirkəti Capital Economics avronun məzənnəsinin ABŞ dollarına nisbətdə daha bir neçə ay ərzində hazırki vəsiyyədə qalacağını proqnozlaşdırır. Amerika valyutası ilin əvvəlindən avroya nisbətdə 7,8 faiz ucuzlaşıb.

"Dollara və Britaniya funtuna nisbətdə uzun müddət avronun qiymətinin artmasının, nəhayət, sona çatması ehtimalı getdikcə artır. Lakin, Avrozona iqtisadiyyatının ABŞ və Birləşmiş Krallığın iqtisadiyyatına nisbətən yaxşı vəziyyətdə olduğunu nəzərə alsaq, biz avronun tezliklə düşəcəyinə şübhə edirik", - Britaniya şirkətinin məruzəsində deyilir.

Şirkətin analitiklərinin rəyinə görə, avronun gələcək düşməsinin heç olmasa müvəqqəti olacağına inanmağa əsas verən bir neçə səbəb var.

Səbəblərdən biri faiz dərəcələrindəki fərqdir. ABŞ Federal Ehtiyat Sistemi ipoteka kreditləşməsi bazarında böhranın təsirini aradan qaldırmaq üçün sentyabrın ortalarında faiz dərəcəsini 7 dəfə azaldıb və onu 3,25 faiz bəndindən 2 faizədək endirib. Britaniya şirkətinin proqnozlarına görə, ABŞ-ın iqtisadi göstəriciləri pisləşməkdə davam edəcək və bu, ABŞ FES-in faiz dərəcəsini bir faizədək azaltmasına gətirəcək.

Capital Economics-in analitikləri bu ilin sonunadək Avrozonada faiz dərəcəsinin 3,5 faizədək azalacağını gözləyirlər. Beləliklə, proqnozlara əsasən, dərəcələrdəki fərq avronun $1,7-dək artmasına gətirəcək.

2008-ci ilin sonunadək şirkət avronun $1,5, 2009-cu ildə isə $1,4-dək düşəcəyini proqnozlaşdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti