Azərbaycan, Gəncə, 08 may / " müxbir Ü.İsmayılova, V.Məmmədov/ Azərbaycanın Samux rayonunda, "Qoşqar" QSC-nın nəznində suxarı istehsalı müəssisəsi açılıb, bu haqda QSC-nın rəhbəri Rahib İbrahimov cümə axşamı bildirib.
"Müəssisənin inşasına 300 min manat investisiya yatırılıb", - İbrahimov əlavə edib.
Müəssisə rəhbərinin sözlərinə görə, zavodun gündəlik istehsal gücü 1 ton suxarı olacaq. Müəssisədə 24 nəfər işləyir.
Ukrayna-alman birgə istesalı olan müəssisənin avadanlığı 150 min manata başa gəlib.
İbrahimovun sözlərinə görə, ilkin mərhələdə 17 növ suxarı isatehsal olunacaq.
"Müəssisənin məhsulları daxili bazar üçün nəzərdə tutulub", - İbrahimov əlavə edib.
Samux paytaxt Bakıdan 362 km qərbdə yerləşir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]