Ukrayna, Kiyev, 19 may / " müxbir Z.Novosvitski/ Azərbaycanın "Azəriqazbank"ı cari ilin sonunadək xarici bazarlarda kredit xətti şəklində təxminən 70-80 mln. dollar borc əldə etmək niyyətindədir.
"Azəriqazbank"ın idarə heyətinin sədri Azər Mövsümovun bazar günü Kiyevdə jurnalistlərə verdiyi məlumata görə, bank Beynəlxalq Maliyyə Korparasiyasından (IFC) 7 il müddətinə 15 mln. dollar subsidiyalaşdırılmış borc cəlb etmək niyyətindədir.
O ümid edir ki, sövdələşmə ilin ortalarınadək başa çatacaq. "Bu bizə kapitalımızın adekvatlığını 2-4 faiz artırmağa imkan verəcək. Bu gün bankın adekvatlığı 14 faizlik normativlə 17-18 faiz təşkil edir" - deyə Mövsümov bildirib.
"Azəriqazbank" 10 mln. dollar həcmində daha bir subsidiyalaşdırılmış borcun əldə edilməsinə dair investisiya fondlarından biri ilə danışıqlar aparır.
Bazar günü Kiyevdə "Azəriqazbank"ın 8 və 7 mln. dollarlıq iki kredit xəttinin açılması barədə razılaşma imzalanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital