...

Azərbaycan hökuməti inflyasiyanı optimal səviyyədə saxlamağa çalışır – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti inflyasiyanın optimal səviyyədə saxlanılması üzrə tədbirləri davam etdirmək niyyətindədir. İnflyasiya 2008-ci ilin yekunları üzrə 18 faizi keçməməlidir. Bu barədə çərşənbə axşamı ölkənin Baş naziri Artur Rəsizadə bildirib.

"Bunun çətin və baş verəcək proseslərdən asılı olacağına baxmayaraq, biz illik hesablamalarda inflyasiyanı dörd aylıq səviyyədə saxlamağa çalışırıq", - deyə Rəsizadə qeyd edib. Cari ilin yanvar- aprel ayları ərzində ölkədə istehlak qiymətlərinin artım tempi 17,8 faiz səviyyəsində qeyd alınıb.

"Biz hamımız bu gün dünya iqtisadiyyatında baş verən proseslərin şahidiyik. Deyə bilərəm ki, iqtisadiyyatda bütün iş təcrübəm dövründə belə proseslər müşahidə etməmişəm, lakin Azərbaycan hökuməti inflyasiyanı bu il optimal səviyyədə saxlamağa çalışır", - deyə hökumət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti