...

Azərbaycanın Milli Depozit Mərkəzi may ayı üzrə fəaliyyətinin nəticələrini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend / Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) mayda qiymətli kağızların mühafizəsi və səhmdar cəmiyyətlərin səhmdarlarının qeydiyyatının aparılması üzrə 14 saziş bağlayıb. Bu haqda Mərkəzdən çərşənbə günü verilən məlumatda bildirilib.

Bu dövr ərzində nominal dəyəri 3 030 003 manat olan 1 181 134 səhm üzrə 671 alqı-satqı sazışı qeydiyyatdan keçib.

MDM - milli depozit sisteminin tərkib hissəsi olan dövlət təşkilatıdır. MDM bilavasitə depozit fəaliyyəti ve depozit sisteminə daxil olan və onların fəaliyyətinə nəzarət edən depozitçilərin uçotu üzrə fəaliyyətlə məşğul olur.

Xəbər lenti

Xəbər lenti