...

Azərbaycan Sığorta Assosiasiyası sığorta bazarının inkişafı üçün fəal maarifçilik işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir U.İsmayılova/ Azərbaycan Sığorta Assosiasiyası sığorta bazarının inkişafı üçün fəal maarifçilik işinə başlayır. Bu haqda Assosiasiyanın icraçı direktoru Qafar Məcidov cümə axşamı bildirib.

"Assosiasiya sığorta məktəbinin tətbiqinə başlayır", - deyə Məcidov bildirib.

Assosiasiya yayda "USAID"in maliyyə dəstəyilə Maliyyə Nazirliyi ilə birgə aktuar işin dörd mərhələli kurslarını təşkil edəcək. Həmçinin Maliyyə Nazirliyi və Türkiyənin Sığorta İnstitutu ("TSEV") ilə birgə sığorta işi kursları keçiriləcək. Kursların sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Assosiasiyanın nəzarət şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir - "MBASK", "Standard Insurance", Beynəlxalq Sığorta Şirkəti, "Azersigorta", "Ateshgah".

Nəzarət şurasının sədri "Standard Insurance" SŞ-nin baş direktoru Kamal İbrahimov, sədr müavini "MBASK" İdarə Heyətinin sədri Cəmil Məlikov seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti