...

Səhiyyə Nazirliyi xroniki böyrək çatışmazlığından əziyyət çəkən bütün xəstələrin hemodializ ilə təmin edilcəyini bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir S.Babayeva/ İlini sonunadək Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən bütün xəstələr hemodializ ilə təmin olunacaqlar. Bu barədə cümə günü Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

"Bu, Dövlət Neft Şirkətinin vəsaitləri ilə bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin açılması hesabına mümkün olacaq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 12 hemodializ mərkəzi fəaliyyət göstərir və təxminən 1,1 min xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə var. Onlardan 700-ü bu gün dövlət hesabına hemodializ alır.

"Digər xəstələr ilin sonuna qədər hemodializ alacaq", - deyə Şirəliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti