...

Bakı Banklararası Valyuta Birjası iyunun 17-nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2008 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyunun 17-də USD/AZN-nin ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8161 AZN təşkil edib. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8172 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 088 000 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb..

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 18 330 356 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8161 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 27 460 000 ABŞ dolları və ya 22 418 356 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 249 636 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,67% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 2 000 000 AZN, 500 000 AZN, müddətləri 7, 180 gün və həcmi 2 000 000 USD müddəti 10 gün təşkil edən 3 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri, müvafiq qaydada, illik 15,30%, 12% və 10% təşkil edib.

Xəbər lenti

Xəbər lenti