...

Azərbaycan nümayəndə heyəti Tatarıstanda aqrosənaye komleksinin qabaqcıl müəssisələrinin təqdimatında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend / Azərbaycan nümayəndə heyəti Baş nazir Artur Rasizadənin rəhbərliyi altında Tatarıstana səfəri çərçivəsində, bü gün Kazanda, Tatarıstanın aqrosənaye komleksinin qabaqcıl müəssisələrinin təqdimatında iştirak edəcək. Bu barədə çərşənbə günü Tatarıstanın kənd təsarrüfatı və ərzaq nazirliyinin mətbuat mərkəzindən bildirilib.

Azərbacan nümayəndə heyətinə "Ak Bars Aqro" MMC 1200 başlıq meqafermanın işi və 1200 başlıq meqafermanın Sikertan məntəqəsində tikintisi nümayiş olunacaq.

Meqaferma "DeLaval" firmasının yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş, Estoniya və Volqoqrad vilayətindən gətirilmiş, məhsuldarlığı yüksək olan mal- qara ilə komplektləşdirilmiş müasir aqrosənaye kompleksidir.

Mal - qaranın sayı və məhsuldarlığının hesabat sistemi daxil olmaqla, kompleks tamamilə avtomatlaşdırılıb. Müasir kimyəvi-bioloji labaratoriya yemin və istehsal olunmuş südün keyfiyyətinə nəzarəti təmin edir. Meqafermada 62 nəfər işləyir. ildə 6 mln. litr həcmində süd istehsalı planlaşdırılır.

2003-cü ildən "Ak Bars" ASC holdinq şirkəti holdinqin tərkibində şaquli inteqrasiya edən ASK formalaşdırır. Bunun tərkibinə respublikanın iri quşçuluq fabrikləri, Arsk və Aqrız rayonlarındaki aqrofirmalar, qida sənayesi müəssisələri, qida məhsullarının parakəndə firma ticarətinin operatorları daxildir.

"Ak Bars" ASK holdinqinin strateji inkişafı emal- istehsal kompleksinin yaradılması yolu ilə kənd təsərrüfatı müəssisələrinin fəaliyyət səmərəliliyini artırılmasına yönəlib.

"Ak Bars Aqro" MMC 2004-cü ilin sentyabrında təhsis olunub. Kənd təsərrüfatı sahəsi 12 min hektar təşkil edir. Müəssisədə 406 nəfər işləyir.

Xəbər lenti

Xəbər lenti