Azərbaycan, Bakı, 23 iyun/ Trend / Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0009 bənd (0,09 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə, 1 ABŞ dollarına görə, 0,8172 manat səviyyəsində müəyyən edilib.
Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8177 manat səviyyəsində iyunun 18-də, minimal məzənnə isə, iyunun 19-da (1 ABŞ dollarına görə 0,8166 manat) təyin edilib.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi | |||
9 iyun | 0,8169 | 16 iyun | - |
10 iyun | 0,8178 | 17 iyun | 0,8176 |
11 iyun | 0,8185 | 18 iyun | 0,8177 |
12 iyun | 0,8184 | 19 iyun | 0,8166 |
13 iyun | 0,8189 | 20 iyun | 0,8170 |
Həftə ərzində orta | 0,8181 | Həftə ərzində orta | 0,8172 |
Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0005 bənd (0,05 faiz) azalıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8160 manat səviyyəsində müəyyən edilib.
Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8164 manat səviyyəsində iyunun 20-də, minimum məzənnəsi isə iyunun 19-da (1 ABŞ dollarına görə 0,8151 manat) müəyyən edilib.
Həftə ərzində BEST-də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: iyunun 16-da bayramla əlaqədar ticarət keçirilməyib, iyunun 17-də - 0,8161 AZN/USD məzənnə ilə $27, 46 mln., iyunun 18-də 0,8163 AZN/USD məzənnə ilə $12,112 mln., iyunun 19-da 0,8151 AZN/USD məzənnə ilə $29,671 mln., iyunun 20-də 0,8164 AZN/USD məzənnə ilə $2,585 mln.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi | |||
9 iyun | 0,8169 | 16 iyun | - |
10 iyun | 0,8178 | 17 iyun | 0,8176 |
11 iyun | 0,8185 | 18 iyun | 0,8177 |
12 iyun | 0,8184 | 19 iyun | 0,8166 |
13 iyun | 0,8189 | 20 iyun | 0,8170 |
Həftə ərzində orta | 0,8181 | Həftə ərzində orta | 0,8172 |
Manatın dollara nisbətdə birja məzənnəsi | |||
9 iyun | 0,8154 | 16 iyun | - |
10 iyun | 0,8162 | 17 iyun | 0,8161 |
11 iyun | 0,8168 | 18 iyun | 0,8163 |
12 iyun | 0,8167 | 19 iyun | 0,8151 |
13 iyun | 0,8172 | 20 iyun | 0,8164 |
Həftə ərzində orta | 0,8165 | Həftə ərzində orta | 0,8160 |
Dilerlər tərəfindən tələbat olmadığı üçün , USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 17 manat təşkil edib.
Çeklərin müddəti 2010-cu ildə başa çatır.