...

Azərbaycan parlamenti hava hərəkətinə nəzarət sisteminin inkişafına dair kredit razılaşmasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend / Azərbaycan parlamenti Azərbaycan və Fransa hökumətləri arasında, Fransanın dövlət bankı Natexis Banques Populaires-ə Naxçıvan və Gəncə aeroportlarında hava nəqliyyatının idarəedilməsi sistemlərinin modernləşdirilməsi üçün kreditin verilməsi üzrə olan kredit razılaşmasını təsdiq edib.

Kreditin məbləği 14 mil. 880 min avro təşkil edir. O, 21 il müddətinə və illik 1,5 faiz olmaqla ayırılıb (ilk yeddi il imtiyazlıdır). Kreditin əsas məbləği hər yarımildə 28 ödəniş edilməklə ödəniliəcək.

Naxçıvan Müxtar Respublikasında yerləşən aeroport 2004-cü ildə yenidən qurulduqdan sonra istismara verilib. Azərbaycanın qərb bölgəsində yerləşən Gəncə aeroportu 2006-cı ildə yenidən qurulub. Hər iki aeroport beynəlxalq statusludur.

Xəbər lenti

Xəbər lenti