...

Azərbaycanda şərti maliyyə vahidinin ləğvi hesablamaları sadələş dirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 17:36 (UTC +04:00)
Azərbaycanda şərti maliyyə vahidinin ləğvi hesablamaları sadələş dirəcək

Azərbaycan, Bakı, 25 iyun/ Trend Cap / Bundan sonra Azərbaycanda dövlət rüsumları, birdəfəlik yığımlar, cərimələr, maliyyə sanksiyaları və başqa ödəmələrin hesablandığı şərti maliyyə vahidi mütləq rəqəmlərə dəyişdirilib. Bu addımın rahatlılığı vergi və ya cərimələrin ödənilməsi zamanı məbləğin konkretləşdirilməsində və çətin hesablamalar təcrübəsindən uzaqlaşmaqdadır ki, bu da müvafiq olaraq, vətəndaş və qanun arasında fikir ayrılıqlarını aradan qaldıracaq.

Azərbaycan prezidenti dünən şərti maliyyə vahidinin məcburi rəqəmlərə dəyişdirilməsi və bununla əlaqədar normativ və qaunverici aktlara dəyişikliklər edilməsi haqqında Qanun imzalayıb. Sənəddə deyilir ki, Nazirlər Kabineti və digər icra hakimiyyəti orqanlarına normativ aktlara sərəncamdan irəli gələnən zəruri dəyişikliklər etmək, ay ərzində təkliflər hazırlamaq tapşırılıb.

Əvvəllər Azərbaycanda "Şərti maliyyə vahidi haqqında" 2000-ci il 26 dekabr tarixli AR Qanunu fəaliyət göstərib. Bu Qanuna əsasən, 2001-ci il yanvarın 1-dən etibarən, şərti maliyə vahidi 1,10 manat səviyyəsində müəyyən edilib. Buna qədər ölkədə şərti maliyyə vahidi qismində 1,1 manat məbləğində (5500 AZM) minimal əmək haqqı çıxış edib.

Şərti maliyyə vahidinin ləğvi barədə ilk təkliflər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının bu ilin mayında keçirilən iclasında səslənib. İclasda Vergi Məcəlləsi və Azərbaycanın İnzibati Xətalar Məcəlləsindən "şərti maliyyə vahidi" anlayışının ləğvi təklifi irəli sürülüb. Təklif edilmiş dəyişikliklərə əsasən, hər maddədə şərti maliyyə vahidləri konkret rəqəmlərlə göstərilib. İndiyədək adları çəkilən Məcəllələrə müvafiq olaraq, vətəndaşlara tətbiq edilən cərimələrin məbləği şərti maliyyə vahidi ilə hesablanıb.

"Şərti maliyyə vahidi" anlayışı dünyanın əksər ölkələrinin analoji qanunverici aktlarından çıxarılıb.

Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti