...

Payızda Bakıda iki yeni yol ötürücüsü istifadəyə veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.İsmayılov/ "Məşədi Əzizbəyov" metrosu yaxınlığındakı yeni yol ötürücüsünün tikintisi üzrə işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq tipli Səhmdar Cəmiyyətindən (Yol tikintisi) məlumat verilib. Bu ötürücünün digər hissələri - "Dərnəgül-Qara Qarayev" və "Dərnəgül-Heydər Əliyev adına aeroport" təxminən yayın sonuna qədər tikilib başa çatdırılacaq.

Cari ilin oktyabr ayında "Babək" və "Məhəmməd Hadi" ("Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığı) küçələrinin kəsişməsində körpünün istifadəyə verilməsi planlaşdırılır. Bu körpünün uzunluğu 1410 metr təşkil edir. Onun tikintisi bu rayonda nəqliyyat infrastrukturunun işinin asanlaşdırılmasına və bu sahədə daima yaranan avtomobil tıxaclarının aradan qaldırılmasına imkan yaradacaq.

Sentyabr-oktyabr aylarında həmçinin "Exselsior" mehmanxanasının yaxınlığındakı yol ötürücüsünün də istifadəyə verilməsi nəzərdə tutulub. Bu ötürücünün ümumi sahəsi 2000 min metr uzunluğundadır, üç körpü, iki tunel, iki yenidən qurulmuş dəmir yolu körpüsündən ibarətdir.

Bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə" sərəncamına əsasən Bakda nəqliyyat infrastrukturunun işinin asanlaşdırılması layihəsi çərçivəsində həyata keçirilir.

Cari ildə körpü, keçid, tunel və yeraltı dayanacaqların tikintisi üzrə proqram davam etdiriləcək. Hazırda proqram təsdiqlənmək üçün ölkə rəhbərliyinə təqdim olunub. Bu proqram çərçivəsində 14 yeni körpü və yol ötürücüsü, yeddi çox mərtəbəli parkinq, 30 piyada keçidi və 96 km-lik yolun tikintisi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti