...

Dünya Bankının rəhbəri dünya ictimaiyyətini əhalinin daha zəif təbəqəsini müdafiə etməyə çatırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 17:00 (UTC +04:00)
Dünya Bankının rəhbəri dünya ictimaiyyətini əhalinin daha zəif təbəqəsini müdafiə etməyə çatırır

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir G.İsmayılov/ Dünya Bankının (DB) prezidenti Robert Zellik dünya ictimaiyyətini enerji daşıyıcıları və qida məhsullarının yüksək qiymətləri, o cümlədən səhiyyə çatışmazlığından əziyyət çəkən planet əhalisinin daha zəif təbəqəsini müdafiə etməyə çağırıb.

"Bu müdafiə heç bir zaman indiki kimi vacib olmayıb", - deyə Zellik bazar ertəsi "Böyük səkkizliy"in Yaponiyada keçirilən sammitində BMT Baş katibi Pan Qi Mun ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilk növbədə, dünyanın müxtəlif ölkələrindəki məktəblərdə qidalanma defisitini aradan qaldırmaq, anaların və uşaqların qidanlanmasını yaxşılaşdırmaq, daha çox ehtiyacı olanlara pul və ərzaq yardımı göstərmək lazımdır.

"Biz [Dünya Bankı] müntzəm olaraq könüllü ianə şəklində, bir qayda olaraq, 3 mlrd. avro ayırırıq. Hazırda bu məbləğ 5 - 6 mlrd. avroya çata bilər", - deyə Zellik "Vesti" telekanalı ilə birbaşa yayımlanan mətbuat konfransında bildirib.

DB prezidenti ərzaq böhranından çıxış yollarından biri kimi, toxum və mineral gübrə əldə edilməsinin yaxşılaşdırılmasını qeyd edib.

"Tezliklə Afrikaya yeni kömək tələb olunacaq. Hazırda bizim qısamüddətli perspektivdə məhsuldarlığı artırmaq imkanımız var", - deyə Zellik bildirib.

DB rəhbəri vəziyyətdən digər çıxış yolu kimi, dünyada ərzaq məhsularının qiymətinin artmasına səbəb olan ixac məhdudiyyətləri və qadağalarının aradan qaldırılmasını göstərib.

"Onlarla ölkə belə tədbirləri ləğv etməlidir. Onlar beynəlxalq kənd təsərrüfatı sisteminin inkişafını yubadır, daha vacib yerlərə ərzaq yardımının çatdırılmasını çətinləşdirir, hətta bunun üçün vəsait olduğu halda belə", - deyə Zellik bildirib.

DB rəhbəri BMT Baş Assambleyasını yoxsul ölkələr üçün ərzağın alınmasına qadağaların aradan qaldırılmasına dair tədbirlər görməyə çağırıb. Onun rəyinə görə, bu, daha çox ehtiyacı olan yerlərə yardıma maneələrin aradan qaldırılmasına ümumi niyyətin nümayişinə yardım edəcək.

"Bu siyasət bütün xalqların həyatını təhlükə altına qoyur. Biz bu böhran problemini həll etməliyik", - deyə Zellik bildirib.

Xəbər lenti

Xəbər lenti