...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2008 12:12 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0018 bənd zəifləyib (0,18 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80838 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi 1 avqustda 1 ABŞ dolları üçün 0,8093 manat, minimum isə iyulun 29-da 1 ABŞ dollarına 0,8071 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
21 iyul 0,8056 28 iyul 0,8075
22 iyul 0,8048 29 iyul 0,8071
23 iyul 0,8065 30 iyul 0,8090
24 iyul 0,8078 31 iyul 0,8090
25 iyul 0,8080 1avqust 0,8093
Həftə ərzində orta 0,80654 Həftə ərzində orta 0,80838

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0019 bənd (0,19 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,80778 manat səviyyədə müəyyən olunub. Dolların manata münasibətdə maksimum məzənnəsi avqustun 1-də1 ABŞ dollarına 0,8086 manat), minimum isə iyulun 29-da 1 ABŞ dollarına 0,8066 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 28 iulda - 0,8067AZN/USD məzənnəsi ilə $6,081 mln., 29 iyulda - 0,8066 AZN/USD məzənnəsi ilə $6,675 mln., 30 iyulda - 0,8085 AZN/USD məzənnəsi ilə $9,056 mln., 31 iyulda - 0,8085 AZN/USD məzənnəsi ilə $1,61 mln., 1 avqustda - 0,8086 AZN/USD məzənnəsi ilə $2,63 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
21 iyul 0,8056 28 iyul 0,8075
22 iyul 0,8048 29 iyul 0,8071
23 iyul 0,8065 30 iyul 0,8090
24 iyul 0,8078 31 iyul 0,8090
25 iyul 0,8080 1avqust 0,8093
Həftə ərzində orta 0,80654 Həftə ərzində orta 0,80838
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
21 iyul 0,8041 28 iyul 0,8067
22 iyul 0,8033 29 iyul 0,8066
23 iyul 0,8055 30 iyul 0,8085
24 iyul 0,8071 31 iyul 0,8085
25 iyul 0,8070 1 avqust 0,8086
Həftə ərzində orta 0,8054 Həftə ərzində orta 0,80778

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 18 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərindən istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti