...

IX Avrasiya biznes-sammiti oktyabrın 5-11-də Fransada keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust/ Trend / "Leading Ventures Associates"in təşkil etdiyi Avrasiya biznes-sammiti 1998-ci ildən bəri hər il keçirilir və Avrasiya məkanı, Aİ ölkələri və Şimali Amerikanın hökumət nümayəndələri, biznes cəmiyyəti və siyasətçiləri arasında beynəlxalq dialoq üçün effektiv platforma rolunu oynayır.

Kannda keçiriləcək sammitin əsas məqsədlərindən biri vahid iqtisadi cəmiyyətin yaradılması və milli iqtisadiyyatların gələcək artımına impulsun verilməsidir. Regional geosiyasət nöqteyi-nəzərdən bu, stabilliyin möhkəmlənməsinə və elektrik enerjisi, metallurgiya, neft və qaz kompleksi, maliyyə və sərmayə fəaliyyəti, nəqliyyat, telekommunikasiya, tikinti və daşınmaz əmlak, ticarət, aqrosənaye kompleksi, kimya və maşınqayırma sahələrində qarşılıqlı fəaliyyətin artmasına kömək edəcək.

Sammitin proqramına sərmayədarların Forumu, aktual məsələlərin müzakirəsinə imkanlar açan interaktiv Dəyirmi masalar, tematik mətbuat konfransları, şirkətlərin, siyasi, dövlət və ictimai təşkilatların aşağıdakı nominasiyalarda mükafatlandırılması daxildir:

- beynəlxalq biznesin inkişafı;

- ölkə iqtisadiyyatına xidmət;

- özəl sahibkarlığa dövlət yardımı;

- Şərqi Avropa və MDB ölkələrinə qoyulan sərmayələr və qeyri-rəsmi görüşlər

İştirakçılar:hökumət, dövlət və regional hakimiyyət, assosiasiya, bank, maliyyə, sərmayə, konsaltinq institutları, beynəlxalq təşkilat və korporasiya, sənaye strukturlarının nümayəndələri, ekspertlər, analitiklər, politoloqlar, Avrasiya regionu və Avropa İttifaqı KİV nümayəndələri.

Samitdə iştirak biznesin inkişafı məsələləri üzrə əməli həllin tapılmasına, beynəlxalq əlaqələrin genişlənməsinə və sərmayə layihələrinin irəliləməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti