...

Gürcüstanın MDB ölkələrində ən iri ticarət tərəfdaşları Azərbaycan və Ukraynadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2008 18:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ 2008 - ci ilin yanvar-iyul ayları ərzində Gürcüstanın ən iri ticarət tərəfdaşları arasında iki MDB ölkəsi var. Statistika Departamentindən bildirdiklərinə görə, Gürcüstanla ticarət dövriyyəsi üzrə Birlik ölkələri arasında birinci yerdə Azərbaycan dayanır.

Azərbaycanla ticarət dövriyyəsi 2,2 faiz artaraq 10,4 faizə çatıb. Qonşu ölkəyə ixrac 46,8 mln. dollar artıb.

Sement və minik avtomobilləri ən iri ixrac mal qruplarıdır. Azərbaycandan idxal 174,2 mln. dollar artıb və 368,3 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 89,8 faiz çoxdur.

Ukrayna Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında üçüncü, MDB ölkələri arasında isə, ikinci yeri tutur. Bu dövlətlə ticarət dövriyyəsi 461,5 mln. təşkil edir ki, bu da ötənilki göstəricidən 41,1 faiz çoxdur.

İxrac 62,1 faiz artıb ki, bu da dəmir yolu lokomotivləri, ferroərintilər və təbii şərab ixracının artması ilə əlaqədardır. Ukryanadan idxal 37,9 faiz artıb və 390,5 mln. dollar təşkil edib. Ən çox buğda unu və avtobus idxalı artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - cap

Xəbər lenti

Xəbər lenti