...

Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə yeni tədbirlər hazırlanır – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2008 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Vergilər Nazirliyi vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə yeni Dövlət Proqramının hazırlanmasından imtina etsə də, növbəti beş il üçün tədbirlər planı hazırlanır,- vergilər nazirinin müavini Natiq Əmirov cümə günü bildirib.

Əvvəlki Proqramın müddəti 2007- ci ildə başa çatıb.

"Biz yeni Proqramın hazırlanmasına zərurət görmürük, digər Dövlət Proqramları çərçivəsində də nazirlik üçün vergi siyasətinin təkmilləşdirilməsi üzrə yeni vəzifələr qarşıya qoyula bilər", - Əmirov bildirib.

Təkliflər paketi üzərində iş sentyabrın sonunadək başa çatacaq. Bununla yanaşı, Nazirliyin əməkdaşları tərəfindən hazırlanmış və hələ apreldə hökumətə təqdim edilmiş 2009 - cu il üzrə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər paketinə də vergi inzibatçılığı üzrə təkliflər daxil edilib. Nazir müavini onların arasında vergi orqanlarına təqdim edilən bəyannamələrin sayının azadılması barədə təklifin olduğunu bildirib.

"Onlardan bəziləri hər ay təqdim edilir. Rüblükləri ildə bir dəfə təqdim etmək olar", - Əmirov hesab edir.

Vergi Məcəlləsinə əsasən, vergi öyədiyiclərinin növbəti il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi ilə tanış ola bilmələri üçün, o, cari ilin may-iyununda parlament tərəfindən qəbul edilməlidir.

"Cari ildə bu təkliflərin qəbul edilmədiyinə baxmayaraq, prioritetliyinə görə onlardan bəzilərinin sentyabrın sonunda Milli Məclisin müzakirəsinə çıxarılacaq 2009 - cu il üçün büdcə paketinə daxil edilməsi istisna deyil", - Əmirov bildirib.

Onun sözlərinə görə, əvvəlki Dövlət Prqoramında qarşıya qoyulan vəzifələrin, demək olar ki, hamısı icra edilib. Bir sıra texniki məsələləri, o cümlədən elektron terminalların quraşdırılmasını həll etmək qalıb ki, bu işi 2009 - cu ilin sonuna başa çatdırmaq planlaşdırılır. Terminalları bütün ərazi vergi idarələrində quraşdırmaq planlaşdılır.

Tərəfdaşlıq haqqında sazişə əsasən, vergi orqanları əməkdaşları Milli Sahibkarlar Konfederasiyası ilə birgə terminal üzrə vergi ödəyicilərinə xidmət göstərəcəklər.

Avqustun 29-na olan cari məzənnə -- 0,8134 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti