...

İnvestisiya müsabiqələrinin keçirilməsi hesabına avqustda Azərbaycanın dövlət büdcəsinə 3 milyon manat köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / , müxbir Ü.İsmayılova/ Azərbaycan Əmlakın İdarə Olunması üzrə Dövlət Komitəsi avqust ayında beş investisiya müsabiqəsi keçirib. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən məlumat verilib.

Müsabiqələr "Sumqayıtsuperfosfat" ASC, "Mingəçevirtexnikirezin" ASC "Minqəçevirregenerat" ASC, "Bakıelektroavtomat" və "Ceyranbatansutəchizatı" ASC üçün keçirilib.

Bu şirkətlərin investisiya müsabiqələrində həm yerli, həm də əcnəbi sərmayədarlar iştirak ediblər.

İnvestisiya müsabiqələrinin keçirilməsi nəticəsində Azərbaycanın dövlət büdcəsinə 3 mln. manat köçürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti