...

Gürcüstanda Vahid Qiymətləndirmə Missiyası işə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2008 17:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Komissiyası, Avropa İnvestisiya Bankı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı nümayəndələrinin daxil olduğu Vahid Qiymətləndirmə Missiyası (VQM) işə başlayıb, - Gürcüstanın Xarici İşlər Nazirliyindən bildiriblər.

VQM Gürcüstan hökumətinin xahişi əsasında sentyabrın 8 - dən 21-dək işləyəcək. Qiymətləndirmə, gürcü-abxaz münaqişəsinin nəticələrinin aradan qaldırılması prosesində prioritetlərin müəyyənləşdirilməsi və bərpa işlərinin aparılması, eləcə də maliyyələşmənin müəyyən edilməsi məqsədilə ediləcək. Beynəlxalq qrup infrastruktur, ətraf mühitin qorunması, kənd təsərrüfatı, təhsil, səhiyyə, yerləşdirmə, biznes-mühit, qaçqınların və məcburi köçkünlərin sosial təminatı sahələrində görüləcək işləri qiymətləndiriəcək. Birgə işin nəticələri təxminən 2008-ci ilin oktyabrında hazır olacaq məruzədə göstəriləcək.

Dünya Bankının bəyanatında deyilib ki, o, Gürcüstanda həyat səviyyəsini qaldırmağa dair qərarlarına sadiqdir və bu ölkənin iqtisadi islahatlarına və inkişafına yardımı davam etdirir. DB qiymətləndirmədən başqa, Tbilisiyə münaqişənin nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə donorların ilkin fondunun yaradılmasında da kömək edəcək.  

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti