...

Azərbaycana avtobus idxalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / 2008 - ci ilin yanvar - iyulunda Azərbaycana 45964 minik avtomobili idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz çoxdur.

Dövlət Statistika Komtiəsinin məlumatlarına əsasən, yeddi ay ərzində ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri $ 343 mln.- dan çox olub ki, bu da ötən ilin yanvar-iyulu ilə müqayisədə 50,5 faiz çoxdur.

Yanvar-iyulda Azərbaycana 6344 yük avtomobili idxal edilib və bu 2007- ci ilin analoji dövründən 23,6 faiz çoxdur. Avtomobillərin ümumi dəyəri təxminən $146 mln. olub və bu 2007- ci ilin yeddi ayının göstəricisindən 186,2 faiz çoxdur.

Yanvar-iyulda respublikaya ümumi dəyəri təxminən $ 29 mln. olan 911 avtobus gətirilib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 289,3 faiz (ümumi dəyərinə görə - 310,8 faiz) çoxdur.

Xəbər lenti

Xəbər lenti