...

Azərbaycanda SKMF vasitəsilə verilən mikrokreditlərin həcmi artırıla bilər – Fondun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ "Sahibkarlığa Kömək Milli Fondu (SKMF) verilən güzəştli kreditlərin məqsədyönlü istifadəsinin monitorinqini aparmağa hazırlaşır", - Fondun rəhbəri Xaliq Məmmədov bazar ertəsi bildirib.

"Bundan sonra, əvvəllər verilən kreditlərin 100 faiz geri qaytarılacağına əminliyimiz artacaq. Lakin bunun üçün daha dəqiq hesablamalar aparmaq və təşkilati məsələləri həll etmək lazımdır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün verilən vəsaitlərin vaxtında qaytarılması təmin edilir. Fond rəhbəri SKMF-in 2013 - cü ilə təyin edilən müddətdən əvvəl özünümaliyyələşdirilmə prinsipinə keçəcəyini istisna etmir.

Hazırda Milli Fond tərəfindən kreditlərin verilməsi qaydalarına düzəlişlər üzrə təkliflər hazırlanıb. Məmmədovun sözlərinə görə, dəyişikliklər mikro və kiçik kreditlərin həcminə toxuna bilər.

"SKMF-nin ayırdığı 1-3 min manat məbləğində kiçik kreditlər iqtisadi inkişafın hazırki templərinə uyğun olmasa da, iri layihələr üçün 3 mln. manat məbləğində hədd real məbləğ hesab edilir", - Fond rəhbəri hesab edir.

Mikromaliyyələşdirmə üçün kreditin məbləğini 10 min manatadək artırmaq nəzərdə tutulur.

Mikrokreditlər və kiçik kreditlərin verilmə müddəti iki ilədək, orta kreditlərin müddəti - üç ilədək, böyük - beş il, iri - yeddi il müəyyən edilib. SKMF Müşahdiə Şurasının qərarına əsasən, kreditin verilməsi müddəti ilə bağlı istisnalar ola bilər. "7 faizi ötməyən səviyyədə müəyyən edilmiş kredit dərəcəsinin dəyişdirilməsi nəzərdə tutulmur", - Məmmədov bildirb.

Sentyabrın 22 - nə olan cari mübadilə məzənnəsi -- 0,8111 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti