...

Səkkiz ay ərzində Parabank-ın aktivlərinin həcmi 80 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend / Yanvar - avqustda Parabank ASC-nin aktivləri 2007 - ci ilin səkkiz ayının yekunları ilə müqayisədə 80,6% artaraq, hesabat dövrünün sonuna 63,04 mln. manat təşkil edib. 2008 - ci ilin əvvəli ilə müqayisədə, aktivlərin artımı 52,4% olub.

Fiziki şəxslərin Parabank - da yerləşdirilmiş əmanətlərinin həcmi 2008 - ci ilin 8 ayı ərzində 97,9% artıb. Son bir ildə bu göstərici 2 dəfə artaraq, 2008 - ci il sentyabrın 1- nə olan vəziyyətə görə 30,59 mln. manat təşkil edib.

Bankın depozit portfelinin ümumi həcmi 2008 - ci ilin əvvəlinə nisbətən 83,5% artaraq, 33,81 mln. manat olub. Ümumi depozit portfelində müddətli depozitlərin həcmi isə, 32,78 mln. manat təşkil edib. Bu göstərici üzrə artım 2008-ci ilin 8 ayı ərzində 97,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 dəfədən çoxdur. Hazırda bank tərəfindən daha bir neçə depozit məhsulunun hazırlanması üzrə iş aparılır.

Parabank-  ın kredit portfeli 2008 - ci ilin 8 ayı ərzində 76,4% artıb və sentyabrın 1-nə olan vəziyyətə görə  38,28 mln. manat olub. Ötən ilin eyni dövrünün nəticələri ilə müqayisədə, bu göstərici 94,7% artıb. Hesabat dövrünün sonuna bank tərəfindən verilmiş istehlak kreditlərinin həcmi isə, 3,8 mln. manat səviyyəsində olub. Yalnız avqust ayı ərzində bu göstərici üzrə 10% - dək artım qeydə alınıb. Kredit portfelinin strukturunda orta və kişik sahibkarlıq subyektlərinə verilmiş  biznes kreditləri başlıca yer tutur.

2008 - ci il avqustun 1 - nə olan vəziyyətə görə, bankın məcmu kapitalının həcmi 11,71 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 6,17 mln. manat olub ki, bu da 2007- ci ilin eyni dövrünün nəticələri ilə müqayisədə 63,8% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın faiz gəlirləri 79,6%, qeyri -faiz gəlirləri  62% artıb.

Hesabat dövrünün sonuna bank tərəfindən müştərilərə təqdim olunmuş plastik kartların say sayı 1531 ədəd olub. Göstərilən tarixə Parabank-a məxsus bankomatların sayı 9, ticarət və iaşə obyektlərinə quraşdırılmış POS-terminalların sayı isə 118 ədəd olub. 

Son bir ayda daha 3 filialı (Bakı şəhərində "Azadlıq" və "Yasamal", regionlarda isə "Ağcabədi" filialları) istifadəyə verməklə, Parabank, müştərilərinə xidmət göstərən filiallarının sayını 11-ə çatdırıb.

Xəbər lenti

Xəbər lenti