...

Dünya iqtisadi böhranı Türkiyəyə də təsir göstərir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 11:43 (UTC +04:00)
Dünya iqtisadi böhranı Türkiyəyə də təsir göstərir – nazir

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend / "Cihan" agentliyinin verdiyi xəbərə görə, Türkiyənin iqtisadiyyat naziri Mehmet Şimşək kredit bazarı və investisiyaların azalması ilə əlaqədar dünyadakı iqtisadi böhranın Türkiyəyə də təsir göstərdiyini bildirib.

"Biz çox ehtiyatlı maliyyə və islahatlar siyasəti həyata keçiririk. Lakin bütün bunlara baxmayaraq, dünya iqtisadi böhranı Türkiyəyə də təsir edir", - deyə Şimşək bildirib.

Lakin nazir problemi qlobal hesabetmir və vəziyyətin tezlitklə düzələcəyinə ümid ejdir.

Türkiyənin keçmişdə də iqtisadi şoklara davamlı olduğunu deyən Şimşək cari böhranın da ölkəsi üçün uzunmüddətli problemlər yaratmayacağını bildirib.

Amerikanın maliyyə böhranı artmaqda davam edir və artıq yeni mərhələyə qədəm qoyub. Ötən həftə fond birjalarında aparılan sövdələşmələr aparıcı indekslərin son üç ildə ən aşağı minimal səviyyəsində qeydə alınıb. Dow Jones indeksi dörd faizdən çox, Nasdaq isə təminən beş dəfə azalıb. Bu dövr ərzində özünü daha dözümlü göstərmiş Morgan Stanley bankının səhmləri 24,2 faiz azalıb ki, bu da 1998-ci ildən bəri ən güclü azalma hesab edilir. Morgan Stanley, ötən həftə iflasa uğramasını bəyan edən Lehman Brothers-in taleyini yaşamamaq üçün Wachovia bankı ilə birləşmək üzrə danıqşıqlara başlayıb. Lehman Brothers böyüklüyünə görə Amerikanın dördüncü bankı sayılır. Birləşməyə digər namizədlər Britaniyanın HSBC, İspaniyanın Santader, Yaponiyanın Nomura Holdings bankları və Çinin CITIC Securities broker şirkətidir.

Amerika böhranının dalğası bütün dünyanı bürüyüb. ABŞ-dakı iqtisadi böhran Rusiyanın fond bazarlarına güclü zərbə vurub. Rusiya birjalarında səhmlərin ucuzlaşması nəticəsində, Rusiyanın maliyyə bazarları üzrə Federal xidmətinin tapşırığına əsasən, RTS və MMVB fond birjalarında sövdələşmələr dayandırılıb. Analitiklər hesab edirlər ki, bazarda vəziyyətin düzəlməsi üçün pul bazarındakı likvidlik böhranını dəf etmək lazımdır.

Dünya maliyyə bazarlarında cərəyan edən hadisələr müxtəlif ölkələrin Mərkəzi Banklarını onlara üz verən böhranın aradan qaldırılması üzrə tədbirlər görməyə vadar edir. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi, Mərkəzi Avropa Bankı, Yaponiya Bankı və İngiltərə Bankı bazarlarda gərginliyin zəiflədilməsi üçün birgə fəaliyyət haqqında bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti