...

Azərbaycanda ENP çərçivəsində Fəaliyyət Planının realizəsi üçün monitorinq sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ "Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Fəaliyyət Planının realizəsi üçün monitorinq sisteminin hazırlanmasında Azərbaycana yardım edəcək", - Avropa İttifaqının Texniki Yardım Proqramları (Tacis) Koordinasiya Bürosunun icraçı direktoru Rüfət Məmmədov cümə günü bildirib.

Bu, bu günlərdə layihənin rəhbər komitəsinin iclasında təqdim edilən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (PCA) realizəsinin dəstəklənməsi layihəsinin tədbirlər planında nəzərdə tutulub.  Plan növbəti yarımildə Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması üzrə tədbirləri əhatə edir.

Layihə üzrə məsələhət xidmətləri Yunanıstanın European Profiles firmasının başçılıq etdiyi Konsorsium tərəfindən göstəriləcək. European Profiles ilə müqavilə iki il müddətinə başlanılıb. PCA layihəsinin büdcəsi 3 mln. avrodur.

Məmmədovun sözlərinə görə, məsləhətçi  PCA-da nəzərdə tutulan 17 sahədə qanunvericiliyin yaxınlaşdırılmasına yardım göstərəcək, lakin əsas diqqət altı sahəyə yönəldiləcək. Xidmətlər Fəaliyyətin Planının approksimasiyası, dövlət strukturuları və ictimaiyyətin Avropa Ittifaqı haqqında, AI-də gedən proseslər və Azərbaycanla AI arasında qarşılıqlı münasibətlər haqqında məlumatlandırılmasında da göstəriləcək. "Bundan əlavə, bu layihə çərçivəsində Koordinasiya Bürosunun fəaliyyəti dəstəklənəcək", - Məmmədov bildirib.

PCA - nın reallaşdırılmasının dəstəklənməsi 2006 - cı maliyyə ili üçün Azərbaycan üzrə Tacis Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Fəaliyyət Planı 2006 - cı il iyunun 15-də Avropa Komissiyası tərəfindən təsdiqlənib. Azərbaycan və AI arasında maliyyə memorandumu ötən il imzalanıb. AI-nin Azərbaycan üçün 2006 - cı il büdcəsi 19 mln. avro olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti