...

ABŞ Konqresinin Nümayəndələr palatası maliyyə bazarını sabitləşdirəcək layihəni qəbul etmədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2008 00:08 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr palatası maliyyə bazarını sabitləşdirəcək layihəni qəbul etmədi

Azərbaycan, Bakı / Trend /  ABŞ Konqresinin Nümayəndələr palatası dörd saatlıq emosional müzakirələrdən sonra 228 səs їəleyhinəї, 205 səs їlehinəї olmaqla maliyyə bazarının sabitləşdirilməsi üçün 700 milyard dollarlın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul etmədi.

RİA Novosti agentliyinin verdiyi məlumata əsasən qanun layihəsinin təsdiq olunması üçün 218 səsə ehtiyac var idi.

Səsvermədən öncə nümayəndələr palatasının spikeri Nensi Pelosi həmkarlarına sual ilə müraciət edib: їAxırıncı dəfə sizdən 700 milyard dolları haçan istəyiblər?ї

Pelosinin qeyd edib ki, 700 milyard dollar dəhşətli dərəcədə böyük məbləğdir və bu, Buşun iqtisadi siyasətinə görə ödənilən məbləğin yalnız bir hissəsidir.

Sənədə əsasən bazarın sabitləşdirilməsi üçün hiss-hissə federal büdcədən ABŞ-ın maliyyə nazirliyinə köçürələcək 700 milyard dollardan 250-si dərhal ödənilməli idi.

Xəbər lenti

Xəbər lenti