...

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul çərçivəsində standartlaşdırmanın inkişafı üzrə yeni Proqram hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir S.Babayeva/Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul çərçivəsində, standartlaşdırma, metrologiya və sənaye mülkiyyətinin qorunmasının inkişafı üzrə yeni Proqram hazırlayıb. Agentlikdən verilən məlumata görə, Proqram 2008-2012 -ci illəri əhatə edir.

ÜTT çərçivəsində agentliyin hazırladığı ikinci sənəd "Texniki nizamlama haqqında"qanun layihəsidir. Hər iki sənəd baxılmaq üçün ölkənin Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2001- ci ilin dekabrında ölkə prezidentinin fərmanı ilə yaradılıb. O, İcra Hakimiyyətinin standartlaşdırma, mertologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və aparılması üzrə mərkəzi orqanıdır. Dövlət Agentliyi 2003 - cü ilin iyunundan Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (İSO) tam hüquqlu üzvüdür.

Azərbaycanın 200 yeni standartı İSO - nun tələblərinə cavab verir.

Xəbər lenti

Xəbər lenti