...

Valyutası eyni olan ölkələr iqtisadi problemlərin həllini əlaqələndirməlidirlər - Fransa prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2008 17:48 (UTC +04:00)
Valyutası eyni olan ölkələr iqtisadi problemlərin həllini əlaqələndirməlidirlər - Fransa prezidenti

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir A.Bədəlova/""Böyük səkkizliyin" avropalı üzvləri sammitdə vahid cəbhədən çıxış etmələri üçün əlaqələndirmə üzrə xeyli iş görməlidirlər", - Fransa prezidenti Nikolya Sarkozi Brüssel sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edərkən deyib.

"Əgər biz Aİ - nin bütün 27 üzvü adından çıxış etsək, daha güclü olarıq", - çıxışı "Vesti"telekanalı ilə birbaşa yayımlanan Sarkozi deyib.

Dünən Brüssel sammitində Avropa İttifaqına üzv olan dövlətlər maliyyə böhranının nəticələri ilə mübarizə aparmaq məqsədilə dünya maliyyə sisteminin strukturunda və idarəetməsində planlı dəyişikliklərin edilməsi üzrə sammitin keçirilməsi ilə bağlı qərar qəbul ediblər. Fransa prezidenti bu sammiti noyabrda keçirməyə çağırır.

Sarkozinin sözlərinə görə, valyutası, mərkəzi bankı eyni olan ölkələr öz iqtisadi problemlərini əlaqələndirməyə cəd göstəməlidirlər.

"Böyük valyutaların sayını və onlar arasındakı qarşılıqlı fəaliyyəti müzakirə etmək lazımdır. Biz maliyyə böhranından sonra başqa böhranın olacağını bilməliyik", - o bildirib.  

Sarkozi beynəlxalq maliyyə institutlarının rolu və onları ixtisaslaşdırmaq haqqında  fikirləşməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti