...

Kredit risklərinin düzgün idarə edilməsi Azərbaycanın özəl bankına vaxtı keçmiş kreditlərin həcmini aşağı səviyyədə saxlamaq imkanı verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend / Texnikabank ATSC sahibkarların biznes layihələrinin maliyyələşdirməsini davam etdirir və yanvar-sentyabr ərzində bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artıb, - bankın bazar ertəsi yayılan məlumatında bildirilir. Oktyabrın 1- nə bankın verdiyi kreditlərin ümumi həcmi 304 mln. manat təşkil edib.

Kreditlərin 70 faizi hüquqi şəxslərə verilib. Oktyabrın 1-nə olan vəziyyətə görə, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin xüsusi çəkisinin cəmi 2,1 faizini təşkil edib ki, bankın ekspertlərinin rəyinə görə, bu, bankda tətbiq edilən kredit inzibatçılığının düzgün təşkil edilməsini göstərir. 710 vətəndaşa ipoteka kreditləri verilib və onların yalnız 0,1 faizinin vaxtı keçib.

"Bankın kredit siyasətində diversifikasiya prioritet olduğundan, iqtisadiyyatın bütün sektorları üzrə kreditlərin verilməsi həyata keçirilsə də, kiçik və orta həcmli sahibkarlıq subyektlərinin müraciətlərinə böyük önəm verilir, - bankdan bildiriblər. - Bu zaman önəmli amil banka təqdim edilən layihələrin şəffaf və biznes - planının olmasıdır".

Texnikabank ölkə regionlarındakı və yeni iş yerlərinin yaradılmasına təkan verən biznes - layihələrə üstünlük verir.

2008 - ci il ərzində bankın aktivləri 24.1 faiz artaraq 439 mln. manata çatıb. Bankın mənfəəti doqquz ay ərzində 74.9 faiz artımla 20,1 mln. manat təşkil edib.

Texnikabank ASC Bakıda və regionlarda 35 filial, 2 xidməti şöbə və 3 mübadilə şöbəsini özündə birləşdirən filial şəbəkəsinə malikdir.

Oktyabrın 20 - nə olan cari mübadilə məzənnəsi -- 0,8093 AZN/USD. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti