...

Mənfəət vergisindən azad etmə bank və sığorta bazarının səmərəliliyinin artmasına səbəb olacaq – Azərbaycanın parlament komissiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 15:29 (UTC +04:00)
Mənfəət vergisindən azad etmə bank və sığorta bazarının səmərəliliyinin artmasına səbəb olacaq – Azərbaycanın parlament komissiyasının rəhbəri

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Sığorta və təkrarsığorta şirkətlərinin mənfəətlərinin kapitallaşmaya yönəldilən hissəsinin vergidən azad edilməsi bank sistemi və sığorta bazarının səmərəliliyinin artmasına səbəb olacaq, - parlamentin İqtisadi siyasət daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə hesab edir.

"Təşəkkül və formalaşma prosesi gedən vaxtda - başlanğıc mərhələdə istənilən vergi güzəştləri yalnız müsbət nəticələr verir", - Səmədzadə bildirib.

Azərbaycanın bankları, sığorta və təkrarsığorta şirkətlərinin üç il müddətinə mənfəət vergisindən azad edilməsi parlamentin çərşənbə axşamı qəbul etdiyi "Bank, sığorta və təkrarsığorta şirkətlərinin kapitalının artırılması və stimullaşdırılması haqqında" Qanunda nəzərdə tutulub. Qanunun qəbul edilməsində əsas məqsəd maliyyə sahəsinin inkişaf templərinin sürətləndirilməsi, bank və sığorta sektorunda xidmətlərin keyfiyyətlərinin artırılması və şirkətlərin kapitallaşmasının artmasını stimullaşdırmaqdır.

"Hazırda Azərbaycanda bank sistemi formalaşma mərhələsindədir və artıq ötən illə müqayisədə daha möhkəm olub", - Səmədzadə bildirib.

Azərbaycan Maliyyə Nazirliyinin təsdiqlədiyi qrafikə əsasən, 2009-cu il yanvarın 1-dək sığorta şirkətlərinin Nizamnamə kapitalının səviyyəsi 1 mln. manata, təkrarsığota şirkətlərinin kapitalı isə 2 mln. manatadək çatdırılmalıdır. Azərbaycanda bankların Nizamnamə kapitalına minimal tələb 10 mln. manat təşkil edir.

Ölkədə mənfəət vergisi 22 faiz təşkil edir. Azərbaycanda 45 bank, 28 sığorta və bir təkrarsığorta şirkəti var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti