...

Abu-Dabi İnkişaf Fondu Özbəkistanın irriqasiyasına 278 mln. dollar yatıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2008 11:09 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 01 noyabr / Trend , müxbir T.Jukov/ Trend -ın Daşkənddəki xüsusi müxbirinin verdiyi xəbərə görə, 2009-cu ildə Abu-Dabi İnkişaf Fondu (BƏƏ) Özbəkistanın kənd təsərrüfatı cfozcbylz üç investisiya layihəsi reallaşdırmağa başlayacaq. Əmirlik şirkətinin güzəştli uzunmüddətli kreditlərinin ümumi məbləği 278 mln. dollar təşkil edəcək. Bu barədə Trend -a Respublikanın Kənd və Su Təsərrüfatı Naziriliyinin Su Təsərrüfatı İdarəsindən məlumat verilib.

Şirkət Xorezm vilayətində, magistral kollektorların bərpasına 150 mln. dollar ayıracaq. Layihənin əsas məqsədi suvarılan torpaqların meliorasiya vəziyyətinin yaxşılaşdırılmasından ibarədir.

Abu-Dabi İnkişaf Fondu Surxandar vilayətində su ehtiyyatlarının idarə olunması üçün 70 mln. dollar kredit ayıracaq.

Kredit "Xazarbağ - Akkapçiqay" irriqasiya kanallları sisteminin tam yenidənqurulmasına yönəldiləcək.

Əmirlik şirkətinin təqribən 58 mln. dollarlıq güzəştli krediti Buxar vilayətinə yönəldiləcək. Kredit bu regionda "Hamza-1" iri nasos stansiyasının bərpası üçün nəzərdə tutulub. Əsas məqsəd respublikanın bu vilayətində suvarılan torpaqların su təchizatını artırmaqdan ibarədir.

Hazırda hər üç layihə üzrə ilkin texnik-iqtisadi əsəslandırmalar hazırlanır. Hər üç layihə Özbəkistanın 2009-cu il investisiya proqramına daxil edilib. Bir gün əvvəl prezident İslam Kərimov bu sənədi təsdiq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti