Azərbaycan, Bakı, 01 noyabr/ Trend , müxbir.Ü.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyi Sığortaçılar Assosiasiyası ilə birgə noyabrın 3-dən mühasiblər üçün kursları bərpa edəcək. Bu barədə şənbə günü Assosiasiyanın icraçı direktoru Qafar Məcidov bildirib.
"İkinci mərhələ başa çatdıqdan sonra mühasiblər sertifikat alacaqlar, buna əsasən, onlar beynəlxalq səviyyədə tanınmış mühasiblər olacaqlar", - deyə Məcidov bildirib.
Onun sözlərinə görə, kursların ikinci mərhələsində birinci mərhələnin yekununda imtahanları uğurla verən 29 mütəxəssisin hamısı təhsilllərini davam etdirəcəklər.
Azərbaycanda mühasibat işinin inkişaf etdirilməsi məqsədi ilə, MaliyyəNazirliyi və Sığortaçılar Assosiasiysı "West-East Management Institute" ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə "Maliyyə stabilliyi üçün tərəfdaşlıq" proqramı çərçivəsində yayda ilk dəfə olaraq mühasib hesabları üzrə tədris proqramı həyata keçiriblər.
Proqram dörd tədris kursundan (iki baza və iki xüsusi) ibarətdir və mühasibatlıq fəaliyyətinin növbəti sahələrini əhatə edir: faiz nəzəriyyəsi, ümumi sığorta və təkrar sığorta, həyat sığortası, pensiya və sosial təminat sığortası, investisiya, sığorta təşkilatlarının maliyyə hesabatlılığı.
Proqram çərçivəsində tədris kanadalı mühasib hesabları üzrə təcrübəli mütəxəssis Maykl Zi (FSA, FCIA) və Qazaxıstan Mühasiblər Birliyinin mühasibləri tərəfindən həyata keəçiriləcək. Kurslar bu mövzuları əhatə edəcək:
-mühasiblər üçün peşəkar etika;
- faiz nəzəriyyəsi;
- annuitet və ipoteka;
- istiqraz vərəqəsi;
- həyatın sığortalanmasında təsadüflər və sığorta annuitetləri;
- sığorta həyatı;
- baza statistikası.
Kurs çərçivəsində dərslər həftənin beş günü keçiriləcək. Hər bir dərs günü test ilə başa çatacaq. Mühazirələr ingilis dilində aparılacaq (rus dilinə tərcümə ilə), praktiki məşğələlər isə rus dilində.
Kurslarda iştirak etmək istəyənlər riyaziyyatın bu sahələri üzrə baza biliklərinə sahib olmalıdırlar:
- rəqəm qrupunun məbləğ, vurma, orta, maksimal və minimal qiymət anlayışı.
- sadə və mürəkkəb faiz;
- diskont etmənin faiz dərəcəsi, faiz artması;
- çoxhəddlilərin, kəsr funksiyaldarının, eksponentlərin, loqarifmlərin təbəqələşhdirilməsi;
- çoxhəddlilərin sadə inteqralları və eksponentlər;
- rəqəm qruplarının orta, mediana, moda və dispersiyası;
- binomial və bərabər paylaşdırma.
Nazirlikdən əvvəllər bildiriblər ki, yaxın gələcəkdə Azərbaycanda beynəlxalq təcrübəyə müvafiq olaraq maliyyə sabitliyi, ödəmə qabiliyyəti, həmçinin sığorta şirkətləri tərəfindən dövlət sığorta nəzarəti orqanına təqdim olunan sığorta ehtiyatlarının formalaşdrılmasına dair lisenziyalaşdrılmış mühasib hesabları barədə tələblərin qanunvericiləyə daxil edilməsi planlaşdırılır.
Bu kursların keçirilməsinədək Azərbaycan sığorta bazarında cəmi beş peşəkar mühasib çalışırdı ki, onlar da müxtəlif ölkələrdə təhsil almışdılar.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]