...

Bakıda Volkswagen - in yeni avtomərkəzi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir A.Bədəlova/ Azərbaycanda "Volkswagen AG " nin rəsmi dileri "Kres GmbH Autohaus" şirkəti alman markalı avtomobillərə artan tələbatı nəzərə alaraq, Bakıda "Volkswagen" müştərilərinə xidmət üzrə yeni avtomobil mərkəzi açıb.

Ziya Bünyadov prospekti, 71S ünvanında yerləşən və"Volkswagen"in Qafqazda ən böyük yeni mərkəzi alman avtomobil istehsalçıları tərəfindən "Volkswagen" avtomobillərinin rəsmi dilerlərinə təqdim olunan bütün müasir tələblərə cavab verir. Bu, kompleksin interyer və eksteryerinin ətraflı düşünülmüş dizaynında və yaxşı texniki təchizatında ifadə olunur.

Ümumi sahəsi təqribən 8000 kvadratmetr olan avtokompleksin ərazisində geniş nümayiş zalı, servis xidməti stansiyası, kuzov sexi və ehtiyat hissləri anbarı yerləşir. Şau-rum meydanı 18 sərgi avtomobili üçün nəzərdə tutulub. İstənilən səviyyədə təmir və diaqnostika üçün lazımi avadanlıqlarla təchiz edilən müasir servis stansiyası eyni zamanda 30 avtomobilə xidmət göstərməyə imkan verir.

Yeni mərkəzdə uğurlu seçim və avtomobil alqısını müşayiət edən bütün kompleks xidmətlər təqdim olunub: kreditləşdlirmə proqramı, geniş sığorta şirkəti seçimi, xoşagələn test - drayv modelləri.

" "Volkswagen" Azərbaycan bazarına artan imkanlar bazarı qismində baxır ", - deyə cümə axşamı avtomərkəzin açılışında Volkswagen AG - nin satış məsələləri üzrə meneceri Tomas Moyza (Thomas Meuser) bildirib.

Onun sözlərinə görə, alman avatomobil istehsalçısı 2009 - cu ildə satışın əhəmiyyətli dərəcədə artacağını güman edir. "2009 - cu ildə satılacaq "Volkswagen" markalı avtomobillərin sayı min ədəddən çox olacaq", - deyə Kres GmbH Autohaus-un satış üzrə baş meneceri Mazahir Məmmədov bildirib.

"Volkswagen AG" nin biznes menecmenti üzrə direktoru (Rusiya) Mixael Ulbrixt (Michael Ulbricht) Azərbaycanın qərb rayonunda - Gəncə şəhərində "Volkswagen" markalı avtomobillərin istehsal layihəsi barədə danışaraq bildirib ki, şirkət buraxılacaq avtomobillərin həcmi ilə bağlı Azərbaycanla razılıq əldə edə bilməyib.

"Azərbaycan tərəfindən rəqəmlər 10 -20 minə bərabər olub, bizim tərəfimizdən real həcm 1000 - 2000 təşkil edib", - deyə Ulbrixt bildirib. Onun sözlərinə görə, gələcəkdə bu məsələlərin nəzərdən keçirilmə perspektivi var.

Moyza əlavə edib ki, dünya maliyyə böhranı, digər istehsalçılar ilə müqayisədə, "Volkswagen" bazarına az təsir edib.

"Rüb ərzində açıqlanan proqnozlar əvvəlki kimi qalıb. Ekspertlərin qiymətləndirməsinə görə, "Volkswagen" bazarının payı artıb", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti