Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın cənub bölgəsi Lənkəranda yanvar-oktyabrda 4,5 min ailə ünvanlı sosial yardım (ÜSY) ilə təmin edilib. Bu barədə cümə günü Sosial Müdafiə Fondunun bölgə nümayəndəliyinin rəhbəri Sərraf Heydərov bildirib.
"Müavinət alanların sayı 25,8 min nəfərə çatıb", - deyə Heydərov bildirib.
Onun sözlərinə görə, aylıq ÜSY-ın səviyyəsi 85-90 manat təşkil edir. İlin əvvəlindən bölgə fonduna ÜSY almaq üçün yeddi mindən çox ailə müraciət edib.
Prezidentin fərmanı ilə Azərbaycanda ünvanlı sosial yardım 2006-cı ilin aprel ayından əhalinin az təminatlı təbəqəsinə verilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]