Azərbaycan, Bakı 14 noyabr/ Trend , müxbir S.Babayeva/ " Azərbaycanın bölgələrində qan bankları yaradılacaq", - deyə parlamentin 2009-cu il dövlət büdcəsi layihlərinin müzakirəsi üzrə plenar iclasda ölkənin səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
"Biz lazımi avadanlıqlar, soyuducu kameralar alacaq və təmir işləri aparacağıq. Bölgələrdə donor qanları ilə bağlı problem həll ediləcək", - deyə Şirəliyev bildirib. Gələn il bu məqsədlə üç mln. manat ayrılacaq.
Nazir bölgələrin adlarını açıqlamayıb.
"Bakıda təmirdən sonra mərkəzləşdirilmiş qan bankı fəaliyyət göstərir, o, paytaxtda yaşayan şəxslərin qan və onun komponentləri ilə təmin olunması problemini həll edib", - deyə Şirəliyev bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2001- ci ildə Azərbaycanda 13236 nəfər qan verib, 2007 -ci ildə bu rəqəm 31036 olub.