...

Dünya bazarlarında neftin qiymətinin düşməsi Azərbaycanın 2009-cu il büdcəsinə mənfi təsir göstərməyəcək – parlamentin vitse-spikeri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2008 15:25 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətinin düşməsi Azərbaycanın 2009-cu il büdcəsinə mənfi təsir göstərməyəcək – parlamentin vitse-spikeri

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti hesab edir ki, dünya bazarlarında neftin qiymətinin düşməsi ölkənin 2009-cu il üzrə büdcəsinə mənfi təsir göstərməyəcək.

"Dünya bazarlarında neftin qiymətinin düşməsi neft istehsal və ixrac edən hər bir ölkənin gəlirlərinə təsir edəcək. Ancaq Azərbaycan büdcəsi elə formalaşıb və balanslaşdırılıb ki, 2009-cu il dövlət büdcəsinin əsas hissəsi neftin qiymətindən bir o qədər da asılı deyil", - deyə çərşənbə günü Trend -a parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fonduna daxilolmalar neftin qiymətindən asılıdır. "Ancaq büdcə elə formalaşıb ki, həmin daxilolmalardan çox az miqdarda asılıdır. Azərbaycanda maliyyə və bank sistemində, başqa sahələrdə elə bir mühafizəkar sistem yaradılıb ki, dünyada olan böhran bizə ciddi təsir etmir. Bizi hər zaman tənqid edirlər ki, Avropanın, ABŞ-ın təcrübəsindən istifadə edin. Dünyada olan böhranın Azərbaycana təsir etməməsi maliyyə, bank sistemində həyata keçirilən mühafizəkar iqtisadi siyasətin nəticəsidir", - deyə Ələsgərov bildirib.

Bizim yerimizə hər hansı ölkə olsa bundan istifadə edər. Ölkələr var ki, büdcəsinə daxilolmaların 70-90 faizi neftdən gələn gəlirlər hesabına olur. Azərbaycanda bu göstərici bu rəqəmdən çox azdır. Neft gəlirləri Azərbaycan büdcəsinin mənbələrindən biridir və bundan istifadə olunmalıdır", - deyə Ələsgərov əlavə edib.

"Gələcək nəsilə yollar, elektrik stansiyaları, su qovşaqları, körpülər, xəstəxanalar, məktəblər, idman mərkəzləri lazımdır. Neftdən gələn gəlirdən bunların yaradılması üçün istifadə olunur", - deyə Ələsgərov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti