...

Gömrük məntəqələrində "vahid pəncərə" sisteminin tətbiqi mal dövriyyəsi üzrə artımı sürətləndirəcək – Azərbaycan Gömrük Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2008 12:10 (UTC +04:00)
Gömrük məntəqələrində "vahid pəncərə" sisteminin tətbiqi mal dövriyyəsi üzrə artımı sürətləndirəcək – Azərbaycan Gömrük Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın dövlət sərhədlərindəki nəzarət-buraxılış məntəqələrində mal və nəqliyyat vasitələri gözdən keçirilən zaman "vahid pəncərə" sisteminin tətbiqi mal dövriyyəsinin artmasına və nəqliyyat vasitələrinin hərəkətinin sürətlənməsinə imkan yaradacaq. Bu barədə Azərbaycn Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.

"Prezidentin fərmanına əsasən, Gömrük Komitəsinin nəzdində 2009-cu il yanvarın 1-dən "vahid pəncərə" sisteminin tətbiqinə hazırlıq üçün artıq xüsusi komissiya yaradılıb", - deyə cümə günü Əliyev bildirib.

Əliyevin sözlərinə görə, sistemin hazırlanması üçün bir çox ölkələrin, o cümlədən bu sistemi ilk tətbiq edən ABŞ-ın, həmçinin Gürcüstan və Qazaxıstanın istifadə etdiyi təcrübələr öyrənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti