...

Azərbaycanın Arxitektura və Şəhərsalma Komitəsi Bakının baş planının layihəsilə bağlı podratçıları toplayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Arxitektura və Şəhərsalma Komitəsi Bakının Baş planı ilə bağlı məsləhətlərin işlənıb hazırlanması üçün potensial podratçılar toplayır, - şənbə günü komitənin beynəlxalq əlaqələr üzrə şöbəsinin rəhbəri Cahangir Qocayev deyib.

"Baş plan üzrə məsləhətlərin işlənib hazırlanması üç il çəkəcək, bundan sonra bir neçə il ərzində planın özü tərtib olunacaq", - Qocayev söyləyib.

Dünya Bankı 2007-ci ilin iyununda dəyəri 230 mln. olan kiçik şəhərlərdə su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsini təsdiq edib. Layihəyə Azərbaycanın 22 rayonunun daxil olunması planlaşdırılır.

Layihə üç komponentdən ibarətdir. Birinci komponent çərçivəsində kiçik şəhərlərdə su təminatı və kanalizasiya infrastrukturuna, şəbəkələrin və təmizlənmə obyektlərinin bərpasına sərmayələr nəzərdə tululub.

İkinci komponent Böyük Bakının və Abşeron yarımadasının su təminatı sisteminin inkişafı üzrə Baş planın hazırlanmasına texniki yardımı təklif edir.

Üçüncü komponentə "Azərsu" SC-nin maliyyə hesabatlarında beynəlxalq standartların tətbiqindən tutmuş billinq (sudan istifadə haqqını yığılması) sisteminin yaxşılaşdırılmasınadək institutsional müasirləşməsi daxildir.

Layihənin 2012-ci ilədək realizəsi nəzərdə tutulur.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti