...

Azərbaycanın şimal-qərbində yerləşən şəhərə təbii qazın verilməsi dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Şəki, 30 noyabr / Trend müxbir X.Əkbərova/ Bu gün Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb. Yerli qaz istismar idarəsindən verilən xəbərə görə, buna səbəb rayon mərkəzindən 1 km aralıda yerləşən Öyrət kəndində baş verən qəza olub. Həmin kəndin ərazisindən Cəfərəbad-Şəki qaz magistral boru kəməri keçir.

Hazırda qəzanın baş verdiyi ərazidə bərpa işləri aparılır.

Günün sonuna kimi Şəkiyə qazın verilməsinin bərpa ediləcəyi gözlənilir.

Şəki Bakıdan 352 km şimal-qərb istiqamətində yerləşir.

Xəbər lenti

Xəbər lenti