...

Dardaneldə toqquşan gəmi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend / Azərbaycanın Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) balansında Dardanel boğazında Ukraynanın "Danapris-2" teploxodu ilə toqquşan "Emerald-1" adlı gəmi yoxdur. Bu barədə çərşənbə günü ADXDG - dən məlumat verilib.

"Bu gəmi Gəmiçiliyə məxsus deyil", - deyə ADXDG-dən bildriblər.

"Dəniz bülleteni - Sovfraxt" portalının verdiyi məlumata görə, dekabrın 2- də yerli vaxtla saat 21:00 - da Dardanel boğazında Azərbaycanın "Emerald-1" quru yükdaşıyan gəmisi ilə (Dedveyti 3430 ton, tikildiyi il -1991, Panama bayrağı altında üzür, operator SIO Shipping, Bakı) Ukraynanın "Danapris-2" teploxodu (Dedveyti 3183 ton, tikildiyi il - 1979, Ukrayna bayrağı altında üzür, operator Capital Shipping CO LTD, Kiyev, Rusiya Dəniz Reyestri sinifli) toqquşub.

Quru yük daşıyan gəmi Eysk limanı istğiqamətində, Ukraynaya məxsus teploxod isə, Rostovdan Ravenə hərəkət edib.

Toqquşmanın nəticələri və onun səbəbləri hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti