...

Avropanın iri yük aviaşirkəti Cargolux Gürcüstana ilk reysi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 18:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gündən (5 dekabr) Avropanın iri yük aviaşirkəti Cargolux Gürcüstan istiqamətində yük aviareysləri həyata keçirməyə başlayıb.

Aviaşirkət, indiyədək Gürcüstana bir neçə çarter reysi həyata keçirib.

Lüksemburq aviaşirkəti həftənin cümə günləri Lüksemburq -Tbilisi - Bakı marşrutu üzrə yük reysləri həyata keçirəcək.

Uçuşlar Boeing -747 tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti