...

Azərbaycan OPEK-in dekabrın 17-də Əlcəzairdə planlaşdırılan iclasında iştirak edəcək - təşkilat rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2008 22:30 (UTC +04:00)
Azərbaycan OPEK-in dekabrın 17-də Əlcəzairdə planlaşdırılan iclasında iştirak edəcək - təşkilat rəhbəri

Rusiya, habelə OPEK-in üzvü olmayan daha üç ölkə dekabrın 17-də Əlcəzairdə qurumun keçirilməsi planlaşdırılan iclasında iştirak edəcək. Bu barədə OPEK rəhbəri Şakib Xəlil məlumat verib. OPEK iclasda iştirak etmək üçün Oman, Azərbaycan və Suriyanı dəvət edib.

OPEK-in İrandan olan təmsilçisi Məhəmməd Əli Hatibi bildirib ki, qurum bazarda olan neftin həcmini azaltmalıdır və bunun üçün OPEK-ə təşkilata üzv olmayan dövlətlərin dəstəyi lazımdır. Hatibi qeyd edib ki, qurum üzvləri bununla razıdır və indi qeyri-üzvlərin dəstəyinə ehtiyac var. Çünki onlarsız neft hasilatı həcminin azalmasının bazara gərəkli təsiri olmaya bilər.

Sonuncu dəfə OPEK neft hasilatı həcminin azaldılması ilə bağlı qərarı oktyabrın 24-də keçirilən iclasda qəbul edib. Belə ki, sentyabrla müqayisədə hasilat həcmi sutkada 1,5 mln. barel azaldılmışdır.

RBK-nın məlumatına görə, OPEK növbəti iclası dekabrın 17-də Əlcəzairdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti