Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda quş qripi virusunun aşkar edilməsi üzrə dekabrın 15 - də başlamış monitorinq ölkə ərazisində virus aşkar etməyib, - Kənd Təssərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən cümə günü bildiriblər.
"Vəhşi quşların 25, ev quşlarının üç mindən çox nümunəsi üzrə laborator tədqiqatları aparılıb. Heç bir nümunədə virus daşıyıcısı aşkar edilməyib", - Dövlət Xidmətindən bildiriblər.
Abşeron yarımadası və yaxın əraziləri, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını, Xəzərin sahilyanı xəttini əhatə edən monitorinq Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəsisslərindən ibarət xüsusi komissiya tərəfindən aparılıb.
Cari ildə aparılmış əvvəlki beşinci monitorinq də ölkə ərazisində quş qripi virusunun olmamasını göstərib.
2007 - ci ildə Dövlət Xidməti Azərbaycanda 12 monitorinq həyata keçirib, səkkiz mindən çox vəhşi və ev quşları nümunəsi təqdiq edilib və onlardan heç birində virus daşıyıcısı aşkar edilməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]